Müdafiə naziri bir neçə nazirə silah verdi

Müdafiə naziri bir neçə nazirə silah verdi
  • DÜNYA

Ukrayna Müdafiə naziri Stepan Poltorak bəzi hökumət üzvlərini "ölkədə təhlükəsizliyin təmin olunmasında" göstərdiyi xidmətlərə görə təltif edib.

Aktual.az axar.az-a istinadən bildirir ki, Poltorak baş nazir Arseni Yaçenyuk, daxili işlər naziri Arsen Avakov, ədliyyə naziri Pavel Petrenko və bəzi millət vəkillərinə mükafat kimi silah verib.

Yaçenyuka ABŞ-da, əsasən, quldurların seçdiyi "Tompson" markalı tapança verilib. Avakov və Petrenko isə "Colt M1911" tipli tapança ilə mükafatlandırılıb.

Poltorak özünə isə "Qlock 19" tipli tapança hədiyyə edib.

Xəbər 1450 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR