“Palmali” Şirkətlər Qrupu dənizçilik sektorundan başqa, digər bütün sektorlardakı fəaliyyətini dayandırır.
Aktual.az-ın lent.az-a istinadən məlumatına görə, bu barədə şirkətin prezidenti Mübariz Mənsimov ANS-ə müsahibəsində bildirib. M.Mənsimov bunun səbəbi kimi qlobal iqtisadi böhranın yaratdığı maddi çətinlikləri göstərib. “Digər sektorlardan çıxmaqda məqsədimiz əsas işimizə (neft daşımaçılığına) nəğd valyuta cəlb edə bilməkdi” – deyə, biznesmen “Palmali”nin kiçilməsinin səbəbini açıqlayıb.
Şirkət prezidenti “Palmali”nin iflas etdiyi barədə iddiaları da cavablayıb. O bildirib ki, belə bir hal mövcud deyil: “Palmali”nin bu gün 18-dən çox sektorda fəaliyyəti var. Sadəcə indi işlərimizi əsasən dənizçiliyə yönəldəcəyik”.
Aktual.az