Mübariz İbrahimov haqqında film çəkiləcək — VİDEO

Mübariz İbrahimov haqqında film çəkiləcək — VİDEO

Politoloq Ramiz Alıyevin idea müəllifliyi  və  Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə  Türkiyənin tanınmış film və televizya proramları şirkəti olan "Renk Media” şirkəti  Milli Qəhraman Mübariz İbrahimovun qəhramanlığını əks etdirən "MÜBARİZ FİLMİ” çəkiləcək. 

Politoloq Ramiz Alıyevin idea müəllifliyi ilə Türkiyənin tanınmış film və televizya proramları şirkəti olan "Renk Media” şirkəti Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimova həsr olunmuş "Mübariz” Filmini çəkmək üçün hazırlıqlarını başa vurdu. Qeyd edək ki, bu layihənin üzərində artıq 2 ilə yaxındır ki, işlər gedir və artıq yaxın günlərdə filmin çəkimlərinə başlanılacaq. Filmi çəkəcək şirkətin sahibi Hamit Tuncel : "Öncə onu deyim ki, Biz bir millət iki dövlət olduğumuz üçün Milli Qəhraman Mübariz İbrahimov da həm Azərbaycanın, həm də Türkiyənin Milli Qəhramanıdır. Belə bir Qəhraman haqqında film çəkmək ideası mənim Azərbacadan dostum –qardaşım olan Politoloq Ramiz Alıyevdən mənə gəldikdə çox sevindim və dedim ki, mənim və komandam üçün böyük bir şərəf olar Mübariz İbrahimov haqqında belə bir film çəkmək. Filmdə Türkiyənin ən məşhur seriallarında baş rolda oynayan aktyorladan və aktrisalardan istifadə ediləcək, filmin çəkilişlərini beynəlxalq sahələrdə mükafat almış filmləri və serialları milyonlarla adam tərəfindən izlənilən rejissorlar tərəfindən çekilecekdir. Bu filmdə oynadacaq olduğumuz baş rol aktyorumuz bütün dünyanın yaxından təqib etdiyi, orta şərq və avrupada sevilən bir aktyor olacaq . Bu məqsədlə orta şərq və avrupada yaxşı bir tamaşaçı kütləsinə qovuşmuş olacağıq. Bu filmdə Azərbaycanın illərdir müdafiə etdiyi haqlı iddiaları Xocalı və Qarabağ haqqında bölmələr də olacaq, milli davamızı bütün Dünyaya izah etmiş olacağıq. Film yalnız Azərbaycanda və Türkiyədə nümayiş olunmayacaq. Bağladığımız əməkdaşlıq müqavilələrinə əsasən avropanın və dünyanın bir çox kinoteatrlarında bu film izləniləcək. Filmin texniki qrupun Türk və Amerikalı texniki mütəxəssislər tərəfindən reallaşdırılacaq, vizual efekt və animasiyalar dünyanın ən keyfiyyətli studiyalarında qurulacaqdır. Filmin müzikləri dünyanın ən çox izlənilən serial və filmlərinə musiqilər edən "Capitol" Studiyalarından dəstək alınaraq ediləcək. Edəcəyimiz bu film ilə illərdir qibtə edən izlədiyimiz amerikan filmləri keyfiyyətində bir film ortaya çıxardaraq nəsillər boyu insanların izləyə biləcəyi bir film çəkəcəyik. Əlbəttə ki, bizim Azərbaycanda əməkdaşlıq etdiyimiz Prodakşnlardan biri ilə yenə də əməkdaşlıq edəcəyik, yəni filmdə əsas rolları yalnız Türk aktyor və aktrisalar oynamayacaq həmçinin Azərbaycandan əməkdaşlıq etdiyimiz prodakşının bizə təqdim etdiyi Azərbaycanlı aktyor və aktrisalar olacaq və qardaşcasına gözəl bir proje ortaya qoyacağıq.
 
Aktual.az
Xəbər 562 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR