Mübariz Əhmədoğlu: Sərkisyan erməni tarixindən Rusiyanı silmək siyasəti aparır

Mübariz Əhmədoğlu: Sərkisyan erməni tarixindən Rusiyanı silmək siyasəti aparır

Ermənistan prezidenti Serj Sərkisyan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının Yerevanda keçirilən III Beynəlxalq forumunda yenidən auditoriyanı unutdu. MDBMİ-nin əməkdaşları və məzunları yüksək analitik təfəkkürə və intellektə malikdirlər. Əksəriyyəti öz dövlətlərində yüksək vəzifə daşıyırlar.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, belə auditoriya da onu ağıllandırmadı: "Sərkisyan SSRİ-nin dağılmasında ermənilərin iştirak etdiyini populyar RF mətbuatında etiraf edib. Sərkisyan SSRİ-ni ermənilər üçün cəhənnəm adlandırıb. Keçmiş komsomol və partiya işçisi S.Sərkisyan ölkə daxilində və xaricində dəfələrlə partiya orqanının - Sovet İttifaqı Kommunist Partiyasının qərar qəbul etmək səlahiyyətində olmadığı fikrini işlədib. Sərkisyan ermənilərin Rusiya mühitində olmasını təsadüf adlandırır və Ermənistanı Avropa sivilizasiyasının tərkib hissəsi hesab edir".

Politoloq qeyd edib ki, Moskvada Lazarev məktəbinin açılmasında iştirak edən ermənilər Tehranda A.Qriboyedovun qətlə yetirilməsində iştirak ediblər: "MDBMİ-nin əməkdaşları S.Sərkisyanın Qərbə qaçmaq, Rusiyaya xəyanət siyasətinə yaxşı bələddirlər. MDBMİ-nin rektoru A.Torkunov bu niyyətlə 2013-cü ilin iyulunda Yerevanda keçirilən konfransda çıxış etdi, çoxsaylı suallara cavab verdi. Ermənistanda əhalinin 81,2%-nin Rusiyaya birləşmənin tərəfdarı olduğu halda, elitanın avrointeqrasiyanı seçməsini tənqid etdi. Rektor A.Torkunov 2013-cü ildə MDBMİ-ni ruslarla ermənilərin şərikli müəssisəsi adlandırsa da, indi belə fikirdən çox uzaqdadır. http://mgimo.ru/news/experts/document240680.phtml.""

Mərkəz rəhbəri sonra vurğulayıb ki, MDBMİ-nin kafedra müdiri, milliyətcə erməni A.Miqranyan belə məqsədlə dəfələrlə Ermənistanda olub: "Bu konfrans Rusiyaya laqeydliklə dolu idi. Hətta Ermənistan rəsmilərinin dilindən antirusiya bəyanatlar səslənirdi. S.Sərkisyan təkcə Rusiya-Ermənistan münasibətləri barədə yalan danışmadı. Cənubi Qafqazda ermənilərin təşəkkülündə Rusiyanın rolunu tam inkar etdi. Çar Rusiyasının İranla imzaladığı müqavilələrin mətni MDBMİ-nin əməkdaşları üçün əlçatandır. Bu müqavilələrdə İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının çar Rusiyasının tərkibinə daxil olması göstərilib. Həmin müqavilələri çar Rusiyası tərəfdən milliyətcə belorus, qraf və general İ.F. Paskeviç, İran tərəfindən isə milliyətcə azərbaycanlı, Qacarlar sülaləsindən şahzadə Abbas Mirzə imzalayıblar".

M.Əhmədoğlu sonra əlavə edib ki, Belarusun Ermənistandakı səfiri Türkmənçay müqaviləsinin surətini Ermənistana hədiyyə etdi və bu surət indi Yerevanın tarixi muzeyinin eksponatıdır: "Bu müqavilələrdə istər toponim, istərsə də etnonim kimi “erməni” termini işlənmir. Əgər həmin xanlıqlar ermənilərlə məskunlaşmışdısa, niyə müqavilənin hazırlanması, imzalanması prosesində bir nəfər erməninin adına rast gəlinmir?! Əgər həmin xanlıqlar ermənilərlə məskunlaşmışdısa, niyə çar Rusiyasına silahlı müqavimət göstərirdi?! Əgər ermənilər azsaylı idisə, uzun müddətli mübarizədə kimin - Rusiyanın, yoxsa İranın tərəfində idilər?! Müqavilədə “Qarabağ” toponimi işlənir. Əgər “Qarabağ” toponimi həmin dövrdə ermənilərə aid idisə, niyə ermənilər indi onu rədd edirlər, ”Artsax” termini ilə əvəzləyirlər?! Ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illiyinə həsr olunan, Marağa kəndində ucaldılmış abidəni ermənilər özləri SSRİ hökumətindən xahiş etmişdilər".

Politoloq hesab edir ki, Dağlıq Qarabağın Rusiya Kommunist (bolşeviklər) Partiyasının qərarı liə Azərbaycanın tərkibinə daxil edilməsi barədə S.Sərkisyan və digər ermənilərin dəfələrlə istifadə etdiyi arqument əsassız olmaqla yanaşı, həm də antirusiyaçılıqdır: "1923-cü ilin avqustunda Dağlıq Qarabağda bu mövzuda referendum keçirildi. Dağlıq Qarabağ kəndliləri yekdilliklə Azərbaycanın tərkibində qalmağa səs verdilər. Erməni Sero Manutsyan bu barədə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinə məlumat verdi. Ermənistan prezidenti S.Sərkisyan kütbeyindir. Amma auditoriyadakıları axmaq hesab etməyə haqqı yoxdur. Ermənistan prezidenti S.Sərkisyan rejissoru özü olduğu teatrın aktyorudur. Avropa Xalq Partiyasının qurultayında “erməni soyqırımından” danışdığı üçün növbəti tədbirdə Dağlıq Qarabağ problemindən danışmalı idi. Janr tələb edir. BMT qətnamələri barədə dedikləri tragikomediya janrına aiddir".

M.Əhmədoğlu deyib ki, BMT TŞ həmin qətnamələri qəbul edərkən polad kimi möhkəm arqumentə söykənib: "Dağlıq Qarabağ BMT üzvü Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir. Azərbaycan Respublikasına aidiyyəti olmayan heç bir hərbi birləşmə onun ərazisində ola bilməz. Ermənilərə məxsus hərbi birləşmələr o ərazilərdən çıxarılan kimi hərbi əməliyyatlar da qayanacaqdı. BMT TŞ qətnamələrindən biri Kəlbəcərin işğalına aiddir. Ermənistan prezidenti Serj Sərkisyan MDBMİ məzunlarının Yerevanda keçirilən III Beynəlxalq forumunda Rusiya və BMT barədə dediklərinə inanırsa, Dağlıq Qarabağ münaqişəsini qısa müddət ərzində həll etmək olar. Bir il bundan qabaq RF prezidenti V.Putin Soçidə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində xüsusi statusa malik olması barədə təklif irəli sürdü. S. Sərkisyan həmin təklifi qəbul etsin. Əgər V.Putinin təklifini rədd mövqeyində qalırsa, digər təkliflər irəli sürə bilər: MDBMİ-ni Dağlıq Qarabağ münaqişəsini tənzimləməyə vasitəçi kimi dəvət etsin. MDBMİ-nin bünövrəsini erməni Lazarev qoyub".

Mərkəz rəhbəri sonda bildirib ki, S.Sərkisyan Rusiyaya inanmırsa, təriflədiyi BMT-ni vasitəçiliyə dəvət edə bilər: "MDBMİ-nin məzunları auditoriyasında onun danışdıqlarının hamısı antirusiyaçılıqdır. Ermənilər, o cümlədən prezident Sərkisyan erməni dövlətçiliyi tarixindən Rusiyanın iştirakını silmək istəyirlər. Bunu Rusiya siyasətçilərinin əli ilə etmək isə əsil erməni metodudur".

Xəbər 588 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR