Fransa qarşıdakı illərdə kosmosda müdafiə xərclərini artıracaq və bu məqsədlə əlavə 4,2 milyard avro ayıracaq.
Aktual.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Tuluzada keçirilən Kosmonavtika və Aviasiya Mərkəzində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müasir münaqişələr artıq kosmosda aparılır və sabahın müharibəsi də orada başlayacaq.
Eyni zamanda, Makron Rusiyanın kosmosda Fransa peyklərini izlədiyini də iddia edib.
Xəbər 64 dəfə oxunub.