MTRŞ: “Qayınanamız” serialı bir şərtlə efirə qayıda bilər ki,...

MTRŞ: “Qayınanamız” serialı  bir şərtlə efirə qayıda bilər ki,...

““Qayınanamız” teleserialındakı qanun pozuntuları aradan qalxsa, serial efirə qayıda bilər”.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.

O bildirib ki, “Qayınanamız” teleserialı efirdə yayımlanacağı təqdirdə, əvvəllər müşahidə olunan qanun pozuntuları bir daha təkrarlanmamalıdır.

Şöbə müdiri qeyd edib ki, teleserialda efirin tələbləri yenidən pozulsa, Şura teleserialın yayımını bir ay müddətinə dayandıracaq.

Qeyd edək ki, MTRŞ Azad Azərbaycan Teleradio Kompaniyası tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun 32-ci maddəsinin və “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar”ın 3.7-ci bəndin tələblərinin pozulması ilə bağlı “ATV” telekanalının efirində 10 oktyabr 2015-ci il tarixdə saat 11.31-12.31 arasında yayımlanan “SOY” Prodakşn tərəfindən hazırlanan “Qayınanamız” teleserialında qeyri-etik məzmunlu ifadələrdən istifadə edilməsi ilə əlaqədar olaraq “Qayınanamız” serialının yayımının 14 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edib.

Xəbər 632 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR