MTRŞ-dan “Lider”in canlı efirindəki söyüşlə bağlı - Açıqlama

MTRŞ-dan “Lider”in canlı efirindəki söyüşlə bağlı - Açıqlama

Milli Televiziya və Radio Şurası (MTRŞ) Lider telekanalında yayımlanan "Çıxış yolu” verilişində baş verənlərə münasibət bildirib.

MTRŞ-ın monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov APA-ya deyib ki, veriliş təhlil edilib və bununla bağlı arayış yekunlaşmaq üzrədir. Onun sözlərinə görə, veriliş 1 saatlıq canlı yayımlanır: "Təhlillər zamanı verilişdə neqativ hallar, təhqiramiz, ədəbsiz ifadələr, söyüşlər, efir etikasına, milli-mənəvi dəyərlərə zidd hallar aşkarlanıb. Dəfələrlə demişik ki, efirdə, xüsusilə canlı yayımda belə problemlərin müzakirəsi zamanı ehtiyatlı və diqqətli olmaq lazımdır”.

O bildirib ki, verilişlə bağlı təhlillər ümumiləşdirilərək arayış formasında protokollaşdırılıb və şuranın rəhbərliyinə təqdim olunacaq. Bununla bağlı hansı tədbirlərin görüləcəyi şuranın qərarından asılı olacaq.
 
Aktual.az
Xəbər 414 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR