Milli Televiziya və Radio Şurası (MTRŞ) bu il bir neçə şirkətə kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) verib.
Aktual.az APA-ya istinadən bildirir ki, MTRŞ-da "Uninet" MMC, "RA Technologies" MMC, "ULTEL" MMC, "İZONE" MMC, "Global Technology" MMC, "Biosoft Service" MMC, "Caspel" MMC və "AvirTV" MMC-yə kabel şəbəkəsi yayımı üçün (yayımın üsulu - internet) 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.
Eyni zamanda, MTRŞ tərəfindən "TV TEXSERVİS" MMC-yə, "Videoton" Kiçik Müəssisəsinə Sumqayıt şəhərində, "Pluton Satellite" MMC-yə Sumqayıt şəhərində, "Vircina" Kiçik Müəssisəsinə Sumqayıt şəhərində, "Orbita TV" MMC-yə Sumqayıt şəhərində və Qasımov Möhsüm Hüseyn oğluna Sumqayıt şəhərində kabel şəbəkəsi yayımı üçün (yayım üsulu - kabel) 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.