MTRŞ: Bəzi serialların az qala yarısı gizli-açıq reklamdır

MTRŞ: Bəzi serialların az qala yarısı gizli-açıq reklamdır

“Bəzi kanallar reklam xarakterli süjetləri adi xəbər kimi yayımlamaqla onun reklam mahiyyətini gizlətməyə çalışırlar. Bu da yolverilməzdir”.

Aktual.az  xəbər verir ki, bunu Report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov deyib.

Şura təmsilçisi vurğulayıb ki, bu, gizli reklam problemini aktuallaşdırır:

“Bu, həm də manipulyasiyadır. Monitorinqlər göstərir ki, həmin reklam materialını yayımlamaq üçün kanalın normal saatlarda kifayət qədər limiti var. Xəbər buraxılışlarında məhəllə səviyyəsində - adi bir mağazanın, çayxananın, lap supermarketin reklam edilməsi ciddi və baxımlı kanala yaraşmaz”.

T.Dadaşovun sözlərinə görə, kommersiya kanallarının fəaliyyəti üçün qazanc əldə etmələri anlaşılandır və qanun buna imkan verir:

“Qanun hər saatın 12 dəqiqəsini reklama həsr etməyə icazə verir. Həmçinin, gün ərzində əlavə teleticarət blokları yayımlamağa da icazə verilir. Bəzən görürsən ki, serial arasındakı fasilədə cəmi 2-3 dəqiqəlik reklam bloku yayımlanır. Amma serialın az qala yarısı “gizli” reklamdır. Bu kimi hallar efirin kommersiyalaşmasına gətirib çıxarır”.  

Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR