Milli Televiziya və Radio Şurasında (MTRŞ) ANS televiziyası ilə bağlı tədbir keçiriləcək.
Aktual.az "Report"a istinadən xəbər verir ki, məlumatı MTRŞ yayıb.
Qurumdan bildirilib ki, tədbirdə ANS-in yol verdiyi qanun pozuntuları açıqlanacaq, bu haqda geniş məlumat veriləcək.
Qeyd edək ki, MTRŞ ANS-də yayımlanan və Mirşahin Ağayevin müəllifi olduğu "Hesabat" verilişinin efirə getməsini bir ay müddətinə dayandırıb. Veriliş fevralın 24-dək yayımlana bilməz.
M.Ağayev buna cavab olaraq yanvarın 22-də mətbuat konfransı keçirib və MTRŞ-nı ANS-ə qərəzli yanaşmaqda ittiham edib.