Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq İdarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun məhkəməsi başlayıb.
Aktual.az APA-ya istinadən xəbər verir ki, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Hazırlıq iclası yanvarın 13-də davam edəcək.
Qeyd edək ki, V.Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvətalma) və digər maddələrlə ittiham olunur.
Aktual.az
Xəbər 334 dəfə oxunub.