Eldar Mahmudov olayına görə daha bir yüksək vəzifəli şəxs istintaqa cəlb edilə bilər.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, “MTN işi”nə görə işdən çıxarılan çıxarılan və hazırda ev dustağı olan Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi, general- mayor Mövlam Şıxəliyevin yaxın adamı - qudası general-mayor Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini işləyir. Onun da bu yaxınlarda MTN-də baş verən hadisələrə görə dindiriləcəyi bildirilir.
Qeyd edək ki, “MTN işi”nə görə indiyə kimi xeyli sayda yüksək vəzifəli şəxslər istintaqa cəlb olunub. Onlar arasında MTN-də işləməyən, lakin E.Mahmudovun cinayətlərində iştirakı ehtimalı olan şəxslər, eləcə həbs olunan şəxslərin vəzifədə olan qohumları da var.