MTN-in keçmiş generalı ilə bağlı məhkəmə - Qərarı

MTN-in keçmiş generalı ilə bağlı məhkəmə   - Qərarı

Bakı Apellyasiya Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Xaliq oğlu Qurbanov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarından apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.


Aktual.az Report-a istinadən xəbər verir ki, məhkəmə Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb, S.Qurbanovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, noyabrın 25-də Baş Prokurorluğun yaydığı məlumatda MTN-in 21 sabiq əməkdaşının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyini bildirilib. 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib. MTN əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.

Səbail Rayon Məhkəməsində S.Qurbanov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələrilə cinayət işi açılıb.

Xəbər 706 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR