“Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Azərbaycanın təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması ilə bağlı bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir”.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr İdarəsinin rəisi Arif Babayev deyib.
O bildirib ki, əməliyyat şəraitinə nəzarət olunur: “Milli Təhlükəsizlik Nazirliyi ölkəmizin mənafelərinin və təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində müsbət fəaliyyətini bundan sonra da davam etdirəcək”.