MTN binası qarşısında qəza

MTN binası qarşısında qəza

Bir neçə dəqiqə əvvəl Milli Təhlükəsizlik Nazirliyinin qarşısında yol qəzası olub.

Aktual.az criminal.az-a istinadən xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, nazirlik binasının qarşısında "Hyundai" markalı avtomobil yaşlı qadını vurub. Yaralı qadın ağır vəziyyətdə yaxınlıqda yerləşən Mərkəzi Klinik Xəstəxanaya aparılıb.

Maşın qadını piyada zolağında vurub. Hadisə yerinə polis əməkdaşları gəliblər. Hazırda araşdırma aparılır. Yaralı qadının şəxsiyyətini dəqiqləşdirmək mümkün olmadı.

Xəbər 499 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR