MTN Akademiyasında kütləvi qovulma

MTN Akademiyasında kütləvi qovulma

"MTN işi"nə görə keçmiş Milli Təhlükəsizlik Nazirliyində və Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki ixtisarlardan sonra Milli Təhlükəsizlik Akademiyasında da islahatlara start verilib.
Aktual.az AzNews.az-a istinadn bildirir ki, vəzifələrindən azad olunan və həbs edilən yüksək vəzifəli keçmiş MTN-çilərin övladlarının və qohumlarının akademiyadan xaric edilməsinə başlanılıb. Məlumata görə, artıq keçmiş MTN-çilərlə qohumluq əlaqəsi olan 10-dan çox tələbə akademiyadan xaric edilib.

Məlum olub ki, qovulan tələbələrin bir qismi akademiyaya qeyri-qanuni yolla qəbul olunub, digər qismi isə imtahan nizam-intizam qaydalarını pozduqları üçün akademiyadan çıxarılıb.

Xatırladaq ki, ötən il oktyabrın 17-də prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub. Bundan sonra MTN-də ciddi kadr islahatları aparılmağa başlanıb. Bir sıra yüksək vəzifəli MTN-çilər vəzifələrindən azad olunublar. İşdən çıxarılan MTN-çilərdən əksəriyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma faktları ilə həbs olunublar.

Ötən il dekabrın 14-də isə MTN ləğv edilib. Prezident Milli Təhlükəsizlik Nazirliyinin əsasında iki qurum yaradılması barədə fərman imzalayıb.

Xəbər 751 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR