MSK şikayətlərə baxdı

MSK şikayətlərə baxdı

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında quruma daxil olan müraciətlərə baxılıb.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, MSK üzvü Ramiz İbrahimov bildirib ki, 95 saylı Tərtər seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Şəhriyar Məcidzadə seçki məntəqələrindəki qanun pozuntuları ilə bağlı MSK-ya müraciət edib: “Müraciətdə göstərilib ki, onun seçki kampaniyasına yerli icra orqanları müdaxilə edib, veb-kameralarda seçki məntəqəsindəki pozuntular öz əksini tapıb. Ancaq ekspert qrupunun araşdırması zamanı veb-kameralara baxılıb, müraciətdə göstərilən halların baş vermədiyi məlum olub və buna görə müraciət təmin edilməməlidir”.

MSK üzvü Qabil Orucov qeyd edib ki, namizədliyi Müsavat Partiyası tərəfindən 47 saylı seçki dairəsindən irəli sürülmüş Nurəddin Rüstəmov tərəfindən seçki qanunvericiliyinin pozulması ilə bağlı şikayət daxil olub: “O, müraciətində 47 saylı seçki dairəsində olan seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv olunmasını istəyir. Hesab edirik ki, müraciət araşdırılması üçün DSK-ya qaytarılmalıdır”.

MSK üzvü Bəxşeyiş Əsgərov deyib ki, 33 saylı Xətai birinci seçki dairəsindən namizədliyi qeydə alınmış Ruslan İzəttli DSK-ya daxil olan 16 seçki məntəqəsində seçki pozuntuları aşkarlandığını söyləyib və səsvermənin nəticələrinin ləğv olunmasını istəyib: “Ekspert qrupunun araşdırması zamanı məlum olub ki, seçki məntəqələrində seçki və səsvermə prosesində hər hansı qanun pozuntusu olmayıb və bu barədə şikayətçinin özünə məlumat verilib. Müraciət əsassız olduğundan təmin edilməməlidir. Lakin onun bəzi məntəqələrlə bağlı şikayəti qismən təmin olunub ki, bu da nəticəni dəyişmir”.

Xəbər 564 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR