MSK sədrindən siyasi partiyalara - Çağırış

MSK sədrindən siyasi partiyalara - Çağırış

Mərkəzi Seçki Komissiyası siyasi partiyalara müraciət edib.

APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov siyasi partiyaların maliyyə hesabatlarının təqdim edilməsi müddətinin aprelin 1-də başa çatacağını bildirib.

O, siyasi partiyaları aprelin 1-nə qədər maliyyə hesabatlarını təqdim etməyə çağırıb: "Maliyyə hesabatları ilə bağlı MSK-nın araşdırmaları MSK-nın səhifəsində yerləşdiriləcək. Çatışmazlıqlardan çəkinmək lazım deyil, hər işdə müəyyən çatışmazlıqlar olur. Maliyyə hesabatları vaxtında təqdim edilməlidir”.
 
Aktual.az
Xəbər 295 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR