“Sosial şəbəkələrdə namizədlərlə bağlı müxtəlif informasiyalar yayılıb. Deputatlığa namizədlər ehtiyatlı olmalıdırlar. Əgər onların adından yalan informasiyalar yayılırsa, təkzib etsinlər”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, belə məsələlərin həllini araşdırmaq bir qədər çətindir: “Bəzi namizədlərin adından Seçki Məcəlləsini poza biləcək məlumatlar yayılır. Bu hal televiziyada, mətbuatda baş verərsə, tədbir görə bilirik. Amma sosial şəbəkələrə nəzarət bir qədər çətindir. Deputatlığa namizədlər diqqətli olmalıdırlar. Onların xəbəri olmadan məlumatlar yayılırsa, açıqlama versinlər”.\trend