MSK sədri: "İndiyə qədər MSK-ya 16 şikayət daxil olub”

MSK sədri:

“Əslində telefonla verilən şifahi məlumatların araşdırılması düzgün deyil”

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 107 saylı Qazax Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Zaur Hacıyevin şikayətinə baxılıb.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, MSK üzvü Tofiq Həsənov bildirib ki, Z. Hacıyevin şikayətində bir neçə seçki məntəqəsində pozuntuya yol verildiyini yazsa da, konkret seçki məntəqələrini göstərməyib.

Aparılan araşdırma zamanı Z. Hacıyevlə telefonla əlaqə yaradılıb və hansı seçki məntəqələrində pozuntuya yol verildiyini iddia etdiyi dəqiqləşdirilib. Z. Həsənov MSK-dan ümumiyyətlə, 107 saylı Qazax Seçki Dairəsi barədə araşdırma aparılmasını və seçkinin nəticələrinin ləğv olunmasını istəyib.

MSK sədri Məzahir Pənahov bildirib ki, şikayət ümumən DSK ilə bağlı olduğu üçün MSK məsələyə baxa bilər: “Ancaq yazılı şikayətdə konkret hansı iddialar varsa, o araşdırılmalıdır. Əslində telefonla verilən şifahi məlumatların araşdırılması düzgün deyil, çünki şəxs telefonla şifahi şəkildə dilə gətirdiyi iddiadan imtina da edə bilər”.

MSK şikayətə baxıb və şikayətin əsassız olduğu barədə qərar qəbul edilib.

İclasın sonunda MSK sədri onu da qeyd edib ki, səsvermədən sonra indiyə qədər MSK-ya 16 şikayət daxil olub.

Aktual.az

Xəbər 416 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR