MSK sədri: "Bütün zəruri addımlar atılıb"

MSK sədri:

Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilən seçkilərlə bağlı Təqvim Planı hazırlayıb və seçkilərin demokratik və şəffaf keçirilməsi üçün zəruri addımları atıb.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərlə əlaqədar MSK-nın Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclasında məruzə edərkən deyib.

M.Pənahov bildirib ki, namizədlərin irəli sürülməsi və onların qeydə alınması prosesi Seçki Məcəlləsinə uyğun şəkildə həyata keçirilib və seçkilərdə 767 namizəd iştirak edib.

O qeyd edib ki, seçkiqabağı təşviqatla bağlı namizədlər üçün lazımi şərait yaradılıb və onların seçicilərlə görüşməsi üçün heç bir məhdudiyyət qoyulmayıb. Namizədlərin təşviqat aparması üçün KİV-lərin imkanlarından istifadəsi üçün hər cür şərait yaradılıb.

M.Pənahov bildirib ki, seçicilərin, o cümlədən əlillərin də səs verməsi üçün də lazım olan şərait yaradılıb - 55,54 faizi səs verib: "Seçkilərdə nə yerli, nə də beynəlxalq müşahidəçilərdən hər hansı bir şikayət daxil olub. Biz seçkilərin şəffaf və demokratik keçirilməsinin şahidi olduq".

Xəbər 448 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR