Dekabrın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
Aktual.az xəbər verir ki, iclasda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən Qüdrət Həsənquliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunub.
Müzakirələrdən sonra Qüdrət Həsənquliyevin növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Xəbər 550 dəfə oxunub.