MSK narazı namizədlərin şikayətlərini geri qaytardı

MSK narazı namizədlərin şikayətlərini geri qaytardı

Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı daxil olmuş müraciətlərə baxılıb.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Ələddin Abdullayev və 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Gülarə Həmidova MSK-ya müraciət edərək bu dairələrdə qanun pozuntularına yol verildiyini iddia ediblər və həmin dairələr üzrə səsvermənin nəticələrinin ləğv edilməsini xahiş ediblər.

İclasda bildirilib ki, müraciətlər MSK-ya qanunvericilikdə şikayətlərin baxılması üçün nəzərdə tutulan müddət bitəndən sonra göndərildiyi üçün geri qaytarılmalıdır.

Qərar səsverməyə çıxarılaraq MSK üzvləri tərəfindən qəbul edilib.

Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR