MSK müraciətlərə baxdı

MSK müraciətlərə baxdı

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Aktual.az-ın Trend-ə istinadən məluatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov iclası açıq elan etdikdən sonra MSK-nın 5 noyabr 2015-ci il tarixli iclasının protokolları səsə qoyularaq Komissiya üzvləri tərəfindən təsdiq olunub.

İclasda 2015-ci il noyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov bildirib ki, Ümid Partiyası tərəfindən 35 saylı üçüncü seçki dairəsindən namizədliyi irəli sürülmüş İqbal Ağazadə MSK-ya müraciət edərək dairə seçki komissiyasının (DSK) bir neçə seçki məntəqəsində qanun pozuntularına yol verildiyini iddia edib: "Eyni zamanda o, həmin məntəqələrdə səsvermənin nəticələrinin ləğv olunmasını istəyib. MSK baxılması üçün şikayəti dairə seçki komissiyasına göndərib. DSK 5, 10, 11, 18 və 26 saylı seçki məntəqələrində səsvermənin nəticələrini ləğv edib. 17 saylı seçki məntəqəsində isə səslərin yenidən sayılmasına qərar verib. Ancaq bu da ümumi nəticələrə təsir etməyib".

Bundan başqa, İ.Ağazadənin MSK-ya təqdim etdiyi videomateriallar da araşdırılıb. Qərar verilib ki, onun şikayəti əsasında aparılan araşdırmalar dayandırılsın.

Xəbər 553 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR