Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
İclasda MSK-nın 20 oktyabr, 22 oktyabr və 24 oktyabr tarixli protokolları təsdiq edilib.
İclasda, həmçinin bəzi seçki dairələrinin tərkibinə dəyişiklik edilib. Bundan əlavə, Milli Məclisə noyabrın 1-nə təyin edilmiş seçkilərlə bağlı MSK-ya daxil olmiş müraciətlərə baxılıb.
Baxılan müraciətlərdən biri təmin edilib, biri baxılması üçün müvafiq seçki dairəsinə göndərilib, qalanları isə əsassız olduğu üçün təmin edilməyib.