MSK Elza ilə bağlı qərar verdi

MSK Elza ilə bağlı qərar verdi

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, MSK katibi Arifə Muxtarova deyib ki, 54 sayı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Elza Qasımova (Seyidcahan) bir neçə seçki məntəqəsində pozuntuya yol verildiyini iddia edərək MSK-ya şikayət edib.

A. Muxtarova bildirib ki, şikayət aidiyyəti qaydalar pozulmaqla MSK-ya göndərilib və buna görə də baxılması üçün müvafiq dairə seçki komissiyasına təqdim olunmalıdır. MSK şikayətin DSK-ya göndərilməsi barədə qərar verib.

Aktual.az

Xəbər 665 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR