“İmza toplama kampaniyasında bəzi neqativ hallar baş verir, bəzən seçicilər bilməyərəkdən imza verirlər.
Bu, yol, qaz çəkilişi adı ilə bağlı ola bilər. Biz bundan təəssüflənirik. Vətəndaşların iradəsindən sui-stifadə etmək olmaz. Bütün bunların aradan qaldırılması üçün maarifləndirmə tədbirlərini gücləndirmək lazımdır”.
Bunu Mərkəzi Seçgi Komisiyasının (MSK) sədr müavini Natiq Məmmədli deyib. O xatırladıb ki, seçki prosesi müxtəlif mərhələlərindən ibarətdir: “Bu proseslərə baxsaq, görərik ki, prosesdə xeyli subyekt iştirak edir. Maarifləndirmə işinin aparılması həmişə hədəfimiz olub, əlbəttə ki, bu da zamana bağlı məsələdir. Seçkinin mahiyyətində maarifləndirmə durur. Biz seçki prosesi iştirakçılarının səviyyəsinin qaldırılması istiqamətində gördüyümüz iş müsbət nəticə verəcəksə, imzaların toplanılması ilə bu cür hallar olmayacaq. Seçkidə iştirak edən subyektlər bəzən səhvlərə yol verirlər. İmzatoplama kampaniyasında 18 yaşına çatan hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər. Onların da münasibətindən, bacarığından və bir sıra məsələlərdən asılı olaraq bu cür hallar baş verir”.\report