Ömrünün son saniyələrini çəkdiyini bilmirdi - VİDEO

Ömrünün son saniyələrini çəkdiyini bilmirdi   - VİDEO

Qazaxıstanda 17 yaşlı yeniyetmənin ölümünün videogörüntüləri yayımlandı.

Aktual.az  virtualaz.org-a istinadən bildirir ki, bədbəxt hadisə Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində, İrtış çayının sahilində baş verib.

17 yaşlı oğlan şəkil çəkdirmək istəyərkən suya düşüb, çayın axını onu aparıb.

Faciəyə səbəb yeniyetmənin cəld hərəkətlə məhəccərə qalxaraq dostundan bu anı əbədiləşdirməsini xahiş etməsi olub. Sahildə dayanan dostu isə onu telefonun kamerasına çəkib.

Amma az sonra məlum olub ki, o, dostunun son görüntülərini, həyatının son saniyələrini kameranın yaddaşına köçürürmüş.

Yeniyetmənin son görüntüləri sosial şəbəkələrdə "Niyə?" adı altında yayımlanıb.

Xəbər 722 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR