Ömrünün 20 ilini həbsdə keçirən 43 yaşlı kişi yenə tutuldu - FOTO

Ömrünün 20 ilini həbsdə keçirən 43 yaşlı kişi yenə tutuldu   - FOTO

43 illik ömrünün 20 ilini həbsdə keçirən, Yardımlı rayon sakini Rizvan Həsənov Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılıb.

Aktual.az Musavat.com-a istinadən xəbər verir ki, Yardımlı rayon sakini Rizvan Həsənovu şübhəli şəxs qismində saxlayaraq, idarəyə gətiriblər. Şöbədə Rizvanın üzərinə baxış keçirən polis əməkdaşları ondan 100 qram tiryək aşkarlayaraq götürüblər. 

Saxlanılan 43 yaşlı Rizvan həsənov narkotik vasitəni tanışı olan İran vətəndaşından aldığını deyib: “Getdim İrana, bir tanışıma dedim ki, mənə 100 qram tiryək lazımdır. Dedi problem yoxdur. Yardımlıda kəndin adı yazılan plakatın altına qoydular, mən də götürüb yerinə 300 manat pul qoydum”. 

Tiryəki götürən Rizvan Bakıya gılib. Bir neçə ay bundan öncə yıxılaraq ayağını sındırdığını deyən Rizvan Həsənov rentgendən keçmək üçün xəstəxanaya getməyə hazırlaşdığını, amma, yolda polis əməkdaşları tərəfindən saxlanıldığını bildirib.

Rizvan Həsənov bundan əvvəl Rusiya Federasiyasında adam bıçaqladığı, Azərbaycan da isə oğurluq və narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün məhkumluq yaşayıb. 43 illik ömrünün 20 ilini həbsxanada keçirən Rizvan peşiman olduğunu deyir: “Allah adamın ağlını əlindən alanda, hər şeyini əlindən alır. Kim azadlıqda olmaz istəməz?”.

Abşeron Rayon Polis İdarəsində cinyət işi başlanılıb, araşdırma aparılır. 

Aktual.az

Xəbər 608 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR