Ömrü uzadan 4 qida

Ömrü uzadan 4 qida

Bu qidalar ömrünüzə ömür qatır

Badam:
Hər gün bir fincanın yarısı miqdarında, yəni 30 qr badam yeməyi unutmayın. Omega-3 turşusu ilə çox zəngin qida olan badam, qandakı pis xassəli xolestrol(LDL) nisbətini 4,4 % aşağı salır. Badam damar tıxanmasının qarşısını alaraq, qan dövranı sisiteminin nizamlı şəkildə işləməsini təmin edir.

Qəhvə:
Gün ərzində 2 fincan qəhvə, xüsusilə orta yaşlardan sonra müşahidə olunan Parkinson xəstəliyindən və ikinci tip diyabet xəstəliyindən bədəni qoruyur. Qəhvənin tərkibində olan kafein maddəsi, diyabetə tutulma riskini 35% azaldır. Bundan başqa ağrıkəsici xüsusiyyəti var. Ancaq qəhvəni mütləq kalsiumla zəngin olan süd ilə için. Belə etsəniz kafeinin sümükləri zəiflətməsinin qarşısını ala bilərsiniz.

Darçın:
Hər yeməkdən sonra təkibində azca darçın olan şirniyyat yeməyi unutmayın. Şirniyyat yemək istəmirsinizsə, bir kiçik çay qaşığı miqdarında darçını bir stəkan suya əlavə edərək içə bilərsiniz. Darçın qandakı şəkərin miqdarını nizamlayır, bundan başqa sinir sistemini rahatladır. Digər tərəfdən darçın ədviyyatının tərkibində olan tumerik adlı maddənin oynaq iltihabınının və revmotizmin qarşısını aldığını unutmayın.

Kartof :
Kartof antioksidantlarla çox zəngindir. Amerika Əkinçilik Nazirliyinin təqdim etdiyi 100 ən faydalı qidanın arasında kartof 17-ci yerdədir. Ağciyər xərçəngi, diyabet və ürək infaktından qoruyur. Ancaq kartofu qızarmaq əvəzinə, yağsız formada qaynatmaq və ya sobada bişirdikdən sonra yeməyə çalışın.

Xəbər 918 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR