MQF JTI şirkətinin dəstəyi ilə Lerik rayonunda su təchizatı layihəsini başa çatdırmışdır

MQF JTI şirkətinin dəstəyi ilə Lerik rayonunda su təchizatı layihəsini başa çatdırmışdır

16 mart 2015-ci il tarixində Azərbaycan Milli QHT Forumu (MQF) tərəfindən Japan Tobacco International (JTI) şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin maliyyə dəstəyi ilə Lerik rayonunda icra edilən su təchizatı layihəsinin açılış mərasimi olmuşdur. Layihənin məqsədi Lerik rayonun Cəngəmiran kənd sakinlərini içməli su ilə təmin etmək üçün sub-artezian quyusunun qazılması və sub-artezian sisteminin müvafiq qaydada quraşdırılması idi.


Əhalisi 2000 nəfər olan Cəngəmiran kəndi qədim tarixə malikdir. Kənddə məktəb və uşaq bağçası vardır. Əvvəllər, ətrafda digər su mənbələri olmadığına görə kənd əhalisi bir neçə kilometr yol qət edib, su əldə edirdilər. Layihədən sonra isə bu problem aradan qalxmışdır və onlar daimi və təhlükəsiz su ilə təmin olunacaqlar.

Açılış mərasimində Forumun prezidentin müşaviri Gunel İbrahim, JTI şirkətinin nümayəndələri və Lerik rayonu İcra Hakimiyyətinin başçısının müavini Habil Məlikov iştirak etmişdirlər.


Gunel ibrahim MQF-nin fəaliyyəti barədə məlumat verərək, maliyyə dəstəyinə görə JTI təşkilatına, yaradılan şəraitə və artezian quyusunun istismarına görə isə Lerik rayonu icra hakimiyyətinin başçısı Rövşən Bağırova öz təşəkkürünü bildirdi. JTI şirkətinin nümayəndələri korporativ sosial məsuliyyətin vacib olduğunu və belə layihələrin şirkət tərərfindən daim dəstəkləndiyini qeyd etdi. İcra başçısının müavini Habil Məlikov isə problemli bölgələrə MQF və JTI-ın göstərdiyi diqqətə və dəstəyə görə təşəkkür etdi.


Qeyd edək ki, bu layihə MQF tərəfindən JTI-ın maliyyə dəstəyi ilə həyata keçirilən ikinci layihədir. 2014-cü ilin aprel ayında Kürdəmir rayonunun Qarasaqqal kəndində də su təchizatı layihəsi uğurla başa çatmış, kəndin 1800-ə yaxın əhalisi içməli su ilə təmin edilmişdir. JTI bu il Azərbaycanın içməli suya tələbatın olduğu daha bir bölgəsində belə layihə icra etməyi planlaşdırır.

 

Xəbər 1445 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR