Mourinyo: "Futbolçularım mənə xəyanət etdilər"

Mourinyo:
  • İDMAN

"Artıq ilk "4-lük"də qərarlaşmağımız mümkün deyil. Futbolçularımın işimdə mənə xəyanət etdiyini hiss edirəm".

Aktual.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Lester"ə məğlubiyyətdən sonra deyib.

O, "Lester"lə oyun üçün dörd gün dayanmadan işlədiyini bildirib: "Rəqibi yaxşı analiz etmişdim. Futbolçularım ən azı üç gün bütün tapşırıqları aldılar. Onların daxilən yaxşı insan olduqlarını bilirəm. Bir gün onlara hər şeyi doğru tapşırdığımı görəcəklər".

Portuqaliyalı mütəxəssis həmçinin, "Çelsi"dən ayrılmaq istəmədiyini də qeyd edib: ""Çelsi"də işimi davam etdirmək istəyirəm. İnanıram ki, klubun sahibi Roman Abramoviç də qalmağımı istəyəcək"

Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR