İraq təhlükəsizlik qüvvələri Mosul şəhərində İŞİD terrorçuları tərəfindən tutulmuş rayonlardan birində yeraltı həbsxana aşkar ediblər. Həbsxanada 961 məhbus saxlanılır.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.
"Həbsxana Mosulun Şura rayonunda noyabrın 7-də aşkar edilib. Həbsxanada 961 nəfər olub. Onların hamısı süni, əksəriyyəti isə İraq təhlükəsizlik qüvvələrinin keçmiş zabitləri və İraq İslam Partiyasının üzvləridir”, - məlumatda deyilir.
"1x5 metr ölçüsü olan kameralardakı insanlara işgəncə verilmişdir”, - bəyanatda deyilir.
Aktual.az
Xəbər 326 dəfə oxunub.