Mosul şəhərini İraq ordusu azad edəcək İraq MN

Mosul şəhərini İraq ordusu azad edəcək      İraq MN

Rəsmi Bağdad Mosul şəhərinin “İŞİD” silahlılarından azad edilməsi üzrə əməliyyatın miqyasını və vaxtını özü müəyyən edəcək.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İraqın müdafiə naziri Xalid əl-Obeydi bəyan edib.

 

“Bu bizim, İraq ordusunun savaşıdır. ABŞ-ın rəhbərliyi ilə koalisiyanın rolu yalnız hava zərbələrindən ibarətdir. Bu barədə müvafiq razılaşma mövcuddur”, deyə X.Obeydi türkiyəli həmkarı İsmət Yılmaz ilə görüşdən sonra bildirib.

 

İ.Yılmaz isə, öz növbəsində qeyd edib ki, Türkiyə Mosulun azad edilməsində İraqa nəqliyyat və kəşfiyyat sahəsində hərbi yardım göstərməyə  hazırdır.

 

Xatırladaq ki, fevralda ABŞ silahlı qüvvələri Mərkəzi Komandanlığının nümayəndəsi Mosul şəhərinin azad edilməsi əməliyyatını aprel-may aylarında başlanacağını bildirmişdi.


Xəbər 986 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR