Rusiyanın "Moskviç” avtomobil zavodu 2025-ci ilin sonuna kimi yeni M70 modelinin genişmiqyaslı buraxılışına başlamağı planlaşdırır.
Aktual.az xəbər verir ki, bu barədə "Vedomosti” qəzeti markanın dilerlərindən birinə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, M70 modelinin ilk avtomobillərinin yığımına dekabrda start veriləcək və 2026-cı ilin əvvəlində diler şəbəkəsinə çatdırılacaq.
Mətbuatın məlumatına əsasən, Rusiyanın "Moskviç” zavodunun yeni tərəfdaşı Çinli SAIC konsernidir.
Xəbər 62 dəfə oxunub.