Moskvanın ən lüks hoteli bağlandı — Türkiyəyə qarşı sanksiyalara görə

Moskvanın ən lüks hoteli bağlandı   — Türkiyəyə qarşı sanksiyalara görə
  • DÜNYA

Dünya brendi "Swissotel"in Moskvadakı filialı bağlanıb.

Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, Moskvanın Krasnıe Xolmı rayonunda yerləşən və Rusiya paytaxtının ən lüks hotellərindən biri sayılan "Swissotel" 30 dekabr tarixindən müştəri qəbulunu dayandırıb.

Məsələyə aydınlıq gətirən hotel nümayəndəsi mehmanxananın Türkiyəyə qarşı tətbiq edilən sanksiyalara görə bağlandığını bildirib.

Məlumata görə, "Swissotel"in icarəyə götürdüyü bina Türkiyənin ən böyük inşaat şirkəti olan "Enka Holdinq"ə aiddir. Buna görə də yerli hakimiyyət orqanları "Swissotel" rəhbərliyindən binadakı fəaliyyətlərini dayandırmağı tələb ediblər.

Xəbər 407 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR