Rusiyanın paytaxtı Moskvadan Qəbələ və Gəncə şəhərlərinə bu günə nəzərdə tutulan iki təyyarə reysi təxirə salınıb.
Aktual.az report-a istinadən bildirir ki, "Ural Airlines" aviaşirkəti tərəfindən həyata keçirilməli olan "U6 2433" saylı Moskva-Qəbələ reysi səhər saat 10:10-da havaya qalxmalı və günorta 14:45 radələrində Qəbələdə eniş etməli idi.
Digər "U6 2411" saylı Moskva-Gəncə reysini də sözügedən şirkət həyata keçirməli idi. Saat 10:10-da Moskvadan uçmalı olan şirkətə məxsus "Airbus A321" təyyarəsi 13:40-da Gəncə şəhər hava limanında olmalı idi.
Bu gün Rusiyanın müxtəlif şəhərlərində qatı duman müşahidə olunduğundan onlarla təyyarə reysi təxirə salınıb.