"Houseboat" Rusiya-Danimarka birgə şirkəti Moskvada üzən qəsəbələr və otellər tikmək niyyətindədir.
Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Moskva" agentliyi məlumat yayıb.
Məlumata görə, Moskva kanalının üç su hövzəsində üzən yaşayış məntəqələri və otellər tikmək planlaşdırılır. Yaşayış üçün nəzərdə tutulmuş gəmilər - "houseboat"lar Rusiyada yığılacaq. Hər belə gəminin sahəsi 100-160 kvadratmetr təşkil edəcək. Bir qəsəbədə 13-30 üzən ev olacaq.