Moskvada üçtərəfli görüş: Zəngəzurla bağlı qərar olacaq?

Moskvada üçtərəfli görüş: Zəngəzurla bağlı qərar olacaq?

Əliyev, Putin və Paşinyanın Moskva görüşü vasitəçilik üzərindən gedən mübarizədə rus gedişidir və Putinin təşəbbüsü ələ almaq üçün nələrsə etməyə çalışacağı gözləntisi var.
Birincisi, xarici işlər nazirlərinin Moskva görüşündə gündəmə gələn və Vaşinqtondakı "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” ikitərəfli sazişə alternativ kimi irəli sürülən, əslində isə "adqoyma mərasimi”nin davamı olan "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsinin liderlər səviyyəsində razılaşdırılmasına, bu razılığın "niyyət anlaşması” formasına salınmasına çalışa bilər: bu, Qərb platformasında danışıqların davam etdiyi vaxt sülh sazişində "rus imzasının” əks olunması məqsədi daşıyır;
İkincisi, görüş üçtərəfli razılaşmaların alternativinin olmadığının təsdiqi üzərindən qurula bilər, hərçənd, burada da yeniliklər görə bilərik, xüsusilə razılaşmaların müəyyən korrektlərlə yenidən gündəmə gəlməsi fonunda.
Üçtərəfli razılaşmalarda Ermənistanın qarşı çıxdığı əsas məsələ kommunikasiyanın açılmasında Zəngəzur dəhlizi amilidir: bu, bəyanatda Naxçıvana "maneəsiz keçid” olaraq əksini tapsa da, İrəvan yola "nəzarət-keçid məntəqəsi”nin qurulmasını istəyir və bu məsələ həm də Qərb ölkələrinin Rusiyanın vasitəçiliyinə alternativ olaraq bölgəyə girişi üçün açıq qapı rolunu oynayır;
- Moskva təşəbbüsü ələ almaq və prosesi irəliyə aparmaq üçün Zəngəzur dəhlizi ilə bağlı razılaşmanı hər iki tərəfin uzalaşa biləcəyi formada korrekt edə bilər, görüşdən öncə nəqliyyat kommunikasiyaların açılması üzrə işçi qrupunun müzakirələr aparması da bunun mümkünlüyünü önə çıxarır;
- Bakının Laçında post qurması "hər iki dəhlizin eyni rejimdə işləməsi” məsələsini aktuallaşdırır və Rusiyanın Qərb platformasında gündəmə gələn, onun vasitəçiliyinə risk yaradan bu məsələdə də təşəbbüsü ələ almaq istiqamətində addım atması istisna deyil;
- Bu məsələdə korrektlərin Zəngəzur dəhlizində erməni postu qurulsa belə, müəyyən daşımalarda və keçidlərdə güzəştlərin tətbiqi çərçivəsində olması mümkündür: Laçın dəhlizini ləğv edən Bakı Zəngəzur dəhlizində nələrsə əldə etməyə çalışacaq; rəsmi Bakının Laçına post qoymaqla masada Azərbaycan ərazisi ilə bağlı müzakirəni "Ermənistan ərazisi” ilə dəyişdirməsi də xüsusilə diqqət çəkir.
Xəbər 281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR