“Münasibətlərimiz inkişaf edir, uğurla inkişaf edir”.
Rusiya prezidenti Vladimir Putin erməni həmkarı Serj Sarksiyana iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsini təklif edib.
Görüş zamanı Putin iki ölkə arasında münasibətləri “strateji tərəfdaşlıq münasibətləri” kimi xarakterizə edib.
Bu barədə Aktual.az Oxu.Az-a istinadən xəbər verir.
“Bizim münasibətlərimiz inkişaf edir, uğurla inkişaf edir. Əlbəttə, obyektiv xarakterli problemlər var”, - deyə, Rusiya dövlətinin başçısı bildirib.
O, həmçinin Sarkisyana Avrasiya İqtisadi Əməkdaşlıq İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsini təklif edib.