Moskvada qasırğa: 150 nəfər xəstəxanalara yerləşdirildi

Moskvada qasırğa: 150 nəfər xəstəxanalara yerləşdirildi

Moskvada təqribən 150 nəfər qasırğa səbəbindən xəstəxanalara yerləşdirilib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Moskva Səhiyyə Departamentinin rəhbəri Aleksey Xripun hazırda tibb müəssisələrində 108 nəfərin, o cümlədən 20-dən çox uşağın olduğunu deyib.

O, ümumilikdə 168 nəfərin tibbi yardıma müraciət etdiyini bildirib: "Təəssüf ki, Moskvada ölənlərin sayı 11 nəfərdir".

Qeyd edək ki, ötən gün Moskvada qasırğa olub. Rusiya paytaxtının bir çox küçələrində reklam qurğuları, ağaclar aşıb, şəxsi avtomobillərə zərər dəyib.
 
Aktual.az 
Xəbər 485 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR