Moskvada mitinq: "Biz qisas alacağıq" - FOTO

Moskvada mitinq:
  • DÜNYA

Bir çoxları özləri ilə vurulmuş Rusiya təyyarəsinin partlayış anını əks etdirən fotoşəkillər gətiriblər.

Rusiyanın Su-24 bombardmançısının vurulması ilə əlaqədar Türkiyənin Moskvadakı səfirliyi önündə aksiyada 600-dan çox adam toplaşıb.

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı TASS məlumat yayıb.

Aksiya iştirakçıları səfirlik önünə "Arxadan vurulan zərbə", "Türkiyəyə getmirəm", "Qisas qaçılmazdır", "Biz qisas alacağıq" kimi yazıların qeyd olunduğu plakatlarla gəliblər. Bir çoxları özləri ilə vurulmuş Rusiya təyyarəsinin partlayış anını əks etdirən fotoşəkillər gətiriblər.

Digər iştirakçılar qollarına qara bağlayıblar.

İlk etirazçıların diplomatik missiya qarşısında Su-24 bombardmançısının vurulmasından dərhal sonra toplaşmasına baxmayaraq, kütləvi aksiya yerli vaxtla saat 21:00-da start götürüb.

Moskva vaxtı ilə saat 23:00-da etiraz edənlər dağılışmağa başlayıblar.

Rusiya səfirliyi önündə təhlükəsizlik hələ gündüz gücləndirilib. Bütün perimetr metal hasarla çəpərlənib, yaxınlıqda polis əməkdaşlarının olduğu avtobuslar dayanıb.

Xəbər 519 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR