Yanvarın 30-da Moskvanın şərqində yerləşən tikiş müəssisəsində baş vermiş güclü yanğın zamanı, 3-ü uşaq olmaqla, 12 miqrant ölüb.
Aktual.az oxu.az-a istinadən xəbər verir ki, yanğın qəsdən törədilib.
Həlak olan 12 nəfər fabrikdə işləyən və yaşayan Qırğısıztan və Özbəkistan vətəndaşlarıdır.
Hal-hazırda istintaq fabrikin icarəçisini axtarır. Qeyd olunur ki, o da Orta Asiyadan çıxmadır.
Məlumata əsasən, bir neçə gün əvvəl icarəçi öz müəssisəsini sığorta edərək satışa çıxarıb.
İstintaq orqanları yanğının iki baş verməs səbəbini araşdırırlar: yanğını ya icarəçi törədib, ya da onunla rəqabət aparanlar, çünki miqrantların əməyindən istifadə fabrikin məhsullarının qiymətini əhəmiyyətli dərəcədə aşağı salmağa imkan verirdi.
Aktual.az