Moskvada hərbi parad - LİVE

Moskvada hərbi parad   - LİVE

Paradda 10 mindən çox hərbi qulluqçu iştirak edir.

Rusiyanın paytaxtı Moskvadakı Qızıl Meydanda Böyük Vətən Müharibəsinin 71-ci ildönümü şərəfinə parad başlayıb.

Aktual.az Oxu.Az-a istinadən  xəbər verir ki, hərbi parada 10 mindən çox hərbi qulluqçu, 135 hərbi maşın və Qələbədən ötən 71 illə əlaqədar 71 təyyarə və vertolyot iştirak edir.

İlk dəfə hərbi paradda Müdafiə Nazirliyinin Hərbi Universiteti və digər ali hərbi məktəblərin məzunları olan qadın hərbi qulluqçular da iştirak edirlər. Hərbi paradda yeni texnika və silah növləri nümayiş etdirilir.

Hərbi paradı Rusiyanın müdafiə naziri Sergey Şoyqu Quru Qoşunlar komandanı Oleq Salyukovdan qəbul edib. 

Xəbər 388 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR