Moskva və paytaxt ətrafının güc strukturlarının xüsusi əməliyyatı nəticəsində ekstremist fəaliyyətdə şübhəli bilinən 20 nəfər saxlanılıb.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarında olan mənbəyə istinadən RİA Novosti məlumat yayıb.
"Əməliyyat Rusiya qvardiyasının döyüşçülərinin dəstəyi ilə FTX, Rusiya DİN-in "E” mərkəzi tərəfindən keçirilib. İlkin məlumata görə, 20 nəfər saxlanılıb”, - mənbə bildirib.
O, həmçinin qeyd edib ki, söhbət mütəşəkkil qrupdan gedir.
Aktual.az
Xəbər 570 dəfə oxunub.