Moskva polisi 3 vağzalı təxliyə edir.
Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, Moskvada bomba həyəcanı yaşanıb. Leninqrad vağzalı daxil olan anonim zəngdən sonra boşaldılıb. Bu barədə paytaxtın hüquq-mühafizə orqanları məlumat verib.
Bir müddət əvvəl Yaroslavl və Kazan vağzalları da boşaldılmışdı. Naməlum şəxs polisə zəng edərək Moksvanın mərkəzində Komsomol meydanında partlayış olacağı ilə bağlı xəbərdarlıq edib.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları, yanğından mühafizə bölmələri və təcili tibbi yardım briqadaları cəlb edilib. Kinoloqlar xüsusi təlim keçmiş itlərlə ərazidə axtarış aparır. Anonim zəngin sahibinin tapılaraq saxlanılması istiqamətində əməliyyat keçirilir.
Aktual.az
Xəbər 464 dəfə oxunub.