Moskvada azərbaycanlı milyonçu saxlanıldı

Moskvada azərbaycanlı milyonçu saxlanıldı

Rusiyanın Şeremetova hava limanında Gömrük ittifaqının gömrük sərhədindən qanunsuz yolla 1 milyon 701 min 300 ABŞ dolları keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

Aktual.az azvison.az-a istinadən xəbər verir ki, Rusiya Federal Gömrük Xidmətinin yaydığı məlumata görə, gəliş zalının `qırmızı dəhlizi`ndə gömrük inspektoru Dubay reysi ilə sərnişini saxlayıb. Sərnişin gömrük inspektoruna nağd halında 1 milyon min 300 dollar aparmağa icazə verən gömrük bəyannaməsini təqdim edib. Bəyannamədə göstərilməyən nağd vəsaitin həcmi 700 min ABŞ dollar olub ki, bu da gömrük qanunvericiliyində icazə verilən məbləğdən 5 dəfə çoxdur. 

Azərbaycan vətəndaşı haqqında nağd pul vəsaiti və alətlərinin qaçaqmalçılığı üzrə cinayət işi başladılıb. 

 
Xəbər 597 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR