Moskvada azərbaycanlı girov götürülüb

Moskvada azərbaycanlı girov götürülüb

Azərbaycan vətəndaşı Rusiyanın paytaxtı Moskva şəhərində girov götürülüb.

Aktual.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 21-də Ağdaş rayonunun Şəkili kənd sakini Mədinə Həsənova polisə müraciət edərək naməlum şəxsin, zəng edərək Moskva şəhərində yaşayan oğlu Elşadı girov götürmələrini və onun buraxılması müqabilində 10.000 manat pul tələb etmələrini bildirib.


Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri Elçin Yaqubov, Zəki Mirhəsənov, Yaşar Ağayev və Cavid Qeysov tutulublar. Faktla bağlı araşdırma aparılır.

Xəbər 591 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR