Oktyabrın 25-də Moskvada Azərbaycanın Turizm Nümayəndəliyinin açılışı olacaq.
Aktual.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfirlikdən qeyd edilib ki, nümayəndəlik Azərbaycanın turizm imkanlarının Rusiya bazarında təşviqinə töhfə verəcək.
"Nümayəndəliyin əsas vəzifələri Rusiyanın turizm sənayesinin aparıcı nümayəndələri ilə əməkdaşlığın inkişafı, mətbuatla qarşılıqlı əlaqə, dövlət turizm idarələri ilə iş, eləcə də rəqəmsal B2C platformalarında məlumatların yerləşdirilməsindən ibarət olacaq", - məlumatda bildirilib.
Açılış mərasimində Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Rusiya İqtisadi İnkişaf Nazirliyi və Moskva meriyasının nümayəndələri, Azərbaycan səfirliyi və dövlət qurumlarının əməkdaşları, habelə aparıcı turizm şirkətləri və mətbuat nümayəndələri iştirak edəcəklər.
Xəbər 238 dəfə oxunub.