Azərbaycan diasporunun rəhbəri Moskva ətrafında dələduzluqda ittiham edilərək həbs edilib
Aktual.az "Ölkə.Az"a istinadən xəbər verir ki, yanvar ayında Moskva Vilayəti azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin rəhbəri Qalib Ağayevə qarşı "dələduzluq" maddəsi ilə cinayət işi açılmışdı. Bir neçə gün əvvəl isə Ağayev həbs edilərək ev dustaqlığına məhkum edilib.
Verilən məlumata görə, Qalib Ağayev 2015-ci ildə büdcədən 600 min rubl pulu mənimsəyib. Ehtimal edilir ki, diaspora rəhbəri bu məbləği şəxsi məqsədləri üçün istifadə edib.
Bundan əlavə məlumat verilir ki, bu məbləği Ağayev "Rusiya türk və azərbaycanlı məktəblilərin nəzərində" keçirilən qrant çərçivəsində əldə edib. Pul Rusiya təhsil nazirliyinin "Rus dünyası" fondunun hesabına köçürülüb. 600 min rubl qarşılığında Ağayev azərbaycanlı və türk məktəblilərinin Rusiyaya səfərini təşkil etməli və "Zolotoe kolco"da ekskursiya həyata keçirməli imiş.
Aktual.az
Xəbər 877 dəfə oxunub.